Aysel Şükürovanın əkizləri atasız qaldı: “İyrənirəm”

Aysel Şükürovanın əkizləri atasız qaldı: “İyrənirəm”

Tanınmış bloqer, "Bakı Lifttəmir" İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova şəxsi sosial şəbəkə hesabında emosional paylaşım edərək yenidən diqqət mərkəzinə düşüb.

O, övladlarının atası tərəfindən rəsmən imtina olunmasından və yaşadığı çətinliklərdən söz açıb.

"Cebheinfo.az" xəbər verir ki, bloqer hadisənin detallarını izləyiciləri ilə bölüşüb: 

"Bir adam ki, aliment verməmək üçün uşaqlarından imtina edər, uşaqların öz qulağı ilə bunu eşidərsə, belə birinə nə ad verərsiniz?

Bu gün Nəsimi Rayon İcra Şöbəsinə getdim, Vüqar Qaralovun qəbulunda olduq. Əkizlərin atası da cinayət işi çərçivəsində dəvət olunmuşdu. Qarşı tərəf otaqda olan digər kişilərin və öz övladının qarşısında açıq şəkildə 'uşaqlardan imtina edirəm' dedi. İcra nümayəndəsi Vüqar Qaralov isə ona bildirib ki, qanuna əsasən uşaqlardan imtina etməyi seçsə belə, aliment ödəmək öhdəliyindən azad olunmur".

Sonda Aysel Şükürova bildirib ki, keçmiş əri Oqtay Əhmədov dostlarına uşaqları bir daha görmək istəmədiyini deyib.

"Hansı uşaqları ki, hər birinin sağlamlıq problemi var. Həm sənin yerinə utanıram, həm də iyrənirəm..." – deyə bloqer bildirib. 

O, bundan sonra övladlarına həm ata, həm ana olacağını qeyd edib:

"Allah mənə o qədər güc versin ki, mən uşaqlarıma baxa bilim. Heç nə demirəm, Allaha tapşırıram bu günü! Övladın eşidə-eşidə sən öz övladlarından imtina etməyə çalışdın! Allah mənə o qədər güc versin ki, mən onları sağaldım. Təkbaşına! Son nəfəsimə qədər uşaqlarımı atmayacağam. Mən siz deyiləm! Mən onlara həm ata, həm ana olaram!"

Qeyd edək ki, Aysel Şükürova illər öncə toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi. A.Şükürova ikinci dəfə ailə qurduğu Oqtay Əhmədovla  rəsmi şəkildə boşanıb. Onun ilk həyat yoldaşı Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.  

O, ötən il eşq yaşadığı bəydən Kapadokiya tətilində hava balonları ilə gəzinti zamanı evlilik təklifi almışdı. Bloqer sevgilisinə “hə” dediyini açıqlamışdı. 

"Cebheinfo.az"