Qəzzada ölənlərin sayı artdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 56 nəfər artaraq 51 min 495-ə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Qəzzada son 24 saat ərzində xəstəxanalarda 56 nəfərin öldüyü, 108 nəfərin yaralandığı bildirilib.İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdığı atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 2025 fələstinlinin həyatını itirdiyi, 5483 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 495 nəfərə, yaralı sayının isə 117 min 524 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"