Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb

Azərbaycan avarçəkənləri Türkiyənin Adana şəhərində təşkil edilmiş kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq yarışında 1 qızıl və gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. 1000 metr məsafəyə birnəfərlik kanoe qayığında yarışan Tatyana bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Oğlanların yarışında isə Hüseyn Səmədli birnəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsinə qalxıb.
"Cebheinfo.az"