Tramp ABŞ-ın Ukrayna ilə bağlı danışıqlardan geri çəkilməyəcəyinə söz verib

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilməyəcəyinə söz verib.
"Cebheinfo.az" APA-a istinadən xəbər verir ki, bu haqda Estoniya prezidenti Alar Karis məlumat verib.
O, Roma Papası Fransiskin dəfn mərasimində ABŞ prezidenti ilə görüşdüyünü və mərasimdən sonra söhbət etdiyini bildirib.
"Sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsini təmin etmək üçün hər şeyi etməsini, ABŞ-ın bu missiyadan geri çəkilməməsini xahiş etdim. O, bunu edəcəyinə söz verdi”, - Estoniya prezidenti bildirib.
"Cebheinfo.az"