"Hələ də güzgüyə baxmıram" - FOTOLAR

1990-cı illərin ən cazibədar modellərindən biri olan Linda Evenqelista "Harper's Bazaar" jurnalının may sayının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, 59 yaşlı model nəşr üçün kamera qarşısına keçib. Gözəllik üçün içdiyi dərmanın qurbanı olan Linda bildirib ki, üstündən 10 il keçsə də güzgüdə özünə baxa bilmir:
"Özümü sevmədiyim və bəyənmədiyim üçün görmək istəmədim. Güzgüdə gördüklərimi mənə bənzətmək üçün terapiyaya ehtiyacım var. Hələ də güzgüyə baxmıram. Mənim necə qocaldığımın fərqi yoxdur, zərif olmaq lazım deyil. Mən sadəcə yaşlanmaq istəyirəm, ölmək istəmirəm".
Qeyd edək ki, Linda liposaksiya əməliyyatından sonra bədənində yaranan qalıcı deformasiyalara görə sənətdən uzaqlaşmalı olmuşdu. Keçmiş model ötən ilin əvvəlində "People" a verdiyi açıqlamada artıq çəkisinə və bədən quruluşuna görə utanmadığını və gizlənməyəcəyini demişdi. O, bir müddət əvvəl yenidən karyerasına davam etdiyini elan edib. Linda sonuncu açıqlamasında xərçənglə mübarizə apardığını vurğulayıb.
"Cebheinfo.az"