Toyuq ətini çox yeməyin: Xərçəng yaradır - ARAŞDIRMA

Toyuq dünyada ən çox istehlak edilən ətlərdən biridir və çox vaxt digər heyvan ətlərindən daha az yağ ehtiva edir.
Bununla belə, araşdırmalar göstərir ki, bu növ ətdən çox yemək xərçəng riskini, o cümlədən mədə-bağırsaq xərçəngi riskini iki dəfə artıra bilər.
“Cebehinfo.az” xəbər verir ki, İtaliyanın Milli Qastroenterologiya İnstitutunun mütəxəssisləri qida və içki haqqında anket dolduran 5 minə yaxın insandan məlumat toplayıb.
Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Alimlər nə qədər quş əti yediyinə görə insanları dörd kateqoriyaya ayırıblar.
Həftədə 300 q-dan çox - təxminən dörd porsiya - yeyənlərin bütün xərçənglərdən ölmə riski həftədə 100 q-dan az yeyənlərə nisbətən 27% daha yüksək idi. Bağırsaq, mədə və pankreas xərçəngi kimi mədə-bağırsaq xərçənginə gəldikdə isə risk iki dəfədən çox artıb.
"Tədqiqatımız həftədə 300 q-dan çox ağ ət istehlakının bütün səbəblərdən ölüm və mədə-bağırsaq xərçəngi riskinin statistik əhəmiyyətli artması ilə əlaqəli olduğunu aşkar etdi",-deyə tədqiqatçılar bildiriblər.
Xəzər
“Cebheinfo.az”