Paşinyan Estoniyaya səfərə edib

Paşinyan Estoniyaya səfərə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfərə gedib.

Bu haqda erməni KİV məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Nikol Paşinyan Estoniya Prezidenti Alar Karis ilə görüşəcək.

Həmçinin, onun Estoniyanın Baş naziri Kristen Mixal ilə də danışacağı, ondan sonra görüşün geniş tərkibdə davam etdiriləcəyi bildirilir.

Görüşdən sonra Ermənistan və Estoniyanın baş nazirləri mətbuata açıqlamalar verəcəklər.

Paşinyanın Estoniya parlamentinin sədri Lauri Xussarla görüşü də planlaşdırılıb.

"Cebheinfo.az"