“İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq” - Pezeşkian

“Çox şadam ki, siz buradasız və mən Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik”.
Bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.
“Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkə xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Azərbaycana ən yaxşı arzularımız var”, - o, qeyd edib.
Pezeşkian vurğulayıb ki, Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur:
“İnşallah Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq. Biz keçmişdən çox yaxın qardaşlar olmuşuq. Bundan sonra da belə olacaq”.
“Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş gəlişlər töhfə verir. Buna görə də biz qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq”, - İran Prezidenti əlavə edib.
Daha ətraflı videoda:
"Cebheinfo.az"