Baydendən şok açıqlama: “COVID-19 epidemiyası zamanı…”

Baydendən şok açıqlama: “COVID-19 epidemiyası zamanı…”

ABŞ Prezidenti Co Bayden Brukinqs İnstitutundakı çıxışı zamanı diqqətçəkən açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, Bayden ölkədəki son iqtisadi məlumatları müsbət qiymətləndirib, lakin COVID-19 epidemiyası zamanı verilən maliyyə dəstəyini daha çox reklam etmədiyinə görə təəssüfləndiyini bildirib.

Bayden 2021-ci ildə COVID-19 epidemiyası zamanı ictimaiyyətə verilən yardım çeklərinin üzərinə adının yazılmamasının axmaqlıq olduğunu vurğulayıb.

Yenidən prezident seçilən Donald Trampın 2020-ci ildə bunu etdiyini və effektiv brendinq fəaliyyəti ilə insanlara kömək etdiyi üçün tərifləndiyini qeyd edib. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”