“Binokl diplomatiyası”: Avropa missiyası bu tarixə qədər Ermənistanda qalacaq

“Binokl diplomatiyası”: Avropa missiyası bu tarixə qədər Ermənistanda qalacaq

Avropa İttifaqının (Aİ) Mülki Monitorinq Missiyası bu gündən etibarən yeni mandat çərçivəsində Ermənistanda öz işini bərpa edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə missiya “X”-dəki hesabında məlumat  yayılıb.

“Biz bir daha təsdiq edirik ki, missiya regionda sülh və sabitliyə sadiq qalacaq və o, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsində patrul fəaliyyətini davam etdirəcək. Yeni mandat 20.02.2025-ci il tarixindən 19.02.2027-ci il tarixlərində qüvvədə olacaq”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Aİ-nin bu missyası daha çox şərti sərhəddə “binokl diplomatiyası” ilə məşğuldur.

Xəzər
“Cebheinfo.az”