Britaniyadan Azərbaycan sərhədi ilə bağlı İLGİNC MÜRACİƏT

Britaniyadan Azərbaycan sərhədi ilə bağlı İLGİNC MÜRACİƏT

Britaniya hökuməti öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, məlumatda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı qeyd edilir. İngiltərə vətəndaşlarına Ermənistan və Azərbaycan arasında bütün şərq sərhədindən 5 km məsafədə hər hansı bir səyahətdən çəkinmək tövsiyə olunur. Bu ərazilərdə konsulluq dəstəyi son dərəcə məhduddur.

Böyük Britaniya hakimiyyəti yolun Tavuş bölgəsindəki İcevan-Noyemberyan hissəsini də ziyarət üçün təhlükəli hesab edir. Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır.

Xəzər
“Cebheinfo.az”