Bu ölkədə mədən çökdü
İspaniyanın şimalındakı Asturiya bölgəsində bir kömür mədənində baş verən çökmə nəticəsində ən az 3 işçinin torpaq altında qaldığı bildirilib.
"Cebheinfo.az" xarici mətbuata istinadla xəbər verir ki, Cangas del Narsea bələdiyyəsinə bağlı Vega de Rengosda yerləşən kömür mədənində çökmə baş verdiyi və ən az 3 işçinin torpaq altında qaldığı açıqlanıb.
Rəsmilər çökmənin yerli vaxtla saat 16:58-də mədənin 2-ci qatının döşəməsində baş verdiyini, əraziyə xilasetmə qruplarının, tibbi heyətin və çoxfunksiyalı 2 helikopterin göndərildiyini bildiriblər.
EFE xəbər agentliyinə danışan və kömür mədəninin qarşısında olan Cangas del Narsea bələdiyyə sədri Luis Fontaniella, əsas prioritetin xilasetmə əməliyyatı olduğunu deyib.
Nigar Hacılı
"Cebheinfo.az"

