“F-16” qırıcılarının ikinci partiyası Ukraynaya gətirilib

“F-16” qırıcılarının ikinci partiyası Ukraynaya gətirilib

Danimarkadan göndərilən “F-16” qırıcılarının ikinci partiyası Ukraynaya çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Vladimir Zelenski “Telegram” kanalında məlumat verib.

"Danimarkadan Ukrayna üçün “F-16”-ların ikinci partiyası artıq ölkəmizdədir. Göstərilən yardımlar üçündanimarkalılara təşəkkür edərik", - deyə o yazıb.

Zelenski Kiyevin neçə təyyarə aldığını söyləməyib.

Noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen 6 “F-16” qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bəyan etmişdi ki, “F-16”-lar hərbi əməliyyatların gedişatına təsir edə bilməyəcək və Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcək.

Həsən Məmmədov 
"Cebheinfo.az”