Diplomat olduğunu deyən azərbaycanlıdan 70 kiloqram qızıl aşkarlandı

Türkiyənin İstanbul şəhərinidə yerləşən "Vadistanbul" ticarət mərkəzinin qarşısında dayanan taksidən 70 kiloqram qızıl aşkarlanıb.
Modern.az bu barədə "Cumhuriyyet" qəzetinə istinadən xəbər verir.
İstanbul polisinin keçirdiyi əməliyyat zamanı taksidə olan azərbaycanlı diplomat olduğunu, qızılların ona məxsus olduğunu bildirib. Polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb
İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmanın davam etdiyini və şübhəlinin diplomatik toxunulmazlığının olub-olmamasının araşdırıldığını açıqlayıb.
"Cebheinfo.az"