Əsgərlər geri çəkildi: 360 cəsəd tapıldı

Əsgərlər geri çəkildi: 360 cəsəd tapıldı

İsrail Qəzzanın hər yerində hücumlarını davam etdirir. 

"Cebhe.info" xəbər verir ki, İsrail Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsini nəvbəti dəfə hədəf alıb. Endirilən aviazərbələr nəticəsində ölən və yaralananlar olub. İsrail əsgərləri HƏMAS ilə həftələrdir davam edən qarşıdurmalardan sonra ayın əvvəlində Cəbəliyə Qaçqınlar Düşərgəsindən geri çəkilib. 

Əsgərlər geri çəkildikdən sonra bölgədə əksəriyyəti qadın və uşaq olmaqla 360-dan çox adamın cəsədi tapılıb. Eyni düşərgə bu dəfə də hava zərbələrinə məruz qalıb, 3 fərqli nöqtədə həyata keçirilən hücumlarda itkilər olub. Şimaldakı Beyt Lahya şəhərinə hücum nəticəsində ölənlər də olub. İsrail ordusu döyüş təyyarələrinin Xan Yunisdə bir məktəbə hücum etdiyini açıqlayıb. Qeyd edək ki, İsraillə Livan “Hizbullah”ı arasında gərginlik davam edir. İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, “Hizbullah”la müharibə şiddətlənərsə, İsrail qüvvələri Livanı daş dövrünə qaytara bilər: "Müharibə istəmirik, amma hər ssenariyə hazırlaşırıq". 

Kanadanın ardınca Almaniya və Hollandiya da Livandakı vətəndaşlarını genişmiqyaslı müharibənin başlaya biləcəyi ilə bağlı narahatlıqlarına görə Livanı tərk etməyə çağırıb. Suriya mediası İsrailin Suriyanın cənub bölgələrinə hava zərbələri endirdiyini yazıb və hücumda 2 nəfərin öldüyü, 1 əsgərin yaralandığı bildirilib. 

Ləman İsmayıl 
"Cebhe.info"