Fransa DİN rəhbəri: "Hakimiyyət “vətəndaş müharibəsi” ssenarisindən qurtuldu"

Fransa DİN rəhbəri: "Hakimiyyət “vətəndaş müharibəsi” ssenarisindən qurtuldu"

"Fransa hakimiyyəti bir yeniyetmənin ölümü ilə artan ifrat sağçı küçə iğtişaşlarından sonra “kiçik vətəndaş müharibəsi” ssenarisindən yayınmağı bacarıb".

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib.

Qeyd edək ki, ölkənin cənub-şərqindəki Krepol kommunasında baş verən iğtişaş zamanı 16 yaşlı Toma adlı yeniyetmə bıçaq zərbəsi ilə qətlə yetirilib.

Polis tərəfindən 7 nəfər saxlanılıb. Onlardan 6-sı vandalizm və polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etdikləri üçün barələrində 6 aydan 10 aya qədər həbs cəzası çıxarılıb.

Nazir bildirib ki, ötən gün Lionda ifrat sağçıların iğtişaşlarından sonra 9 nəfər saxlanılıb.

Cebhe.info