İslandiyada vulkan püskürüb

İslandiyada vulkan püskürüb

İslandiyanın cənub-qərbində, Reykjanes yarımadasında yerləşən vulkan bu il 7-ci dəfə püskürüb.

"Cebheinfo.az" xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, Reykjanes yarımadasındakı vulkan dünən yenidən püskürüb.

Açıqlamada intensivliyi avqust ayına nisbətən daha az olan partlayışdan sonra vulkanın ətrafında  3 kilometr uzunluğunda çatın əmələ gəldiyi qeyd edilib və hadisənin hava yolları üçün təhlükə yaratmadığı paylaşılıb.

Səlahiyyətlilər Grindavik şəhəri də daxil olmaqla bəzi ərazilərdə qaz emissiyaları ilə bağlı xəbərdarlıq edib.

Digər tərəfdən, ərazidəki təxminən 50 sakin təxliyə edilib.

Bildirilir ki, sözügedən partlayış bir il ərzində bölgədə 7-ci vulkanik aktivlikdir.

Nigar Hacılı 
"Cebheinfo.az"