İsti hava 6 gündə 568 nəfəri öldürüb

İsti hava 6 gündə 568 nəfəri öldürüb

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində havanın temperaturunun 40 dərəcədən yuxarı qalxması və yüksək rütubətin temperaturu 49 dərəcəyə qaldırması insan itkisini artır. 

"Cebhe.info" xəbər verir ki, təcili yardım xidməti Edhidən verilən açıqlamada həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi deyilir. Bununla yanaşı, son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.  Ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü olub.

Təcili xidmət rəhbəri Dr. İmran Sərvər Şeyx bildirib ki, bazar günündən cümə axşamına kimi Kəraçi Mülki Xəstəxanasına istilik vurması ilə 267 nəfər müraciət edib və onlardan 12-si dünyasını dəyişib.  Dr. Şeyx "Xəstəxanaya gələnlərin çoxu 60-70 yaşlarında idi, lakin aralarında 45, hətta 20 yaşlarında olan cütlük də var. Gördüyümüz insanların çoxu çöldə işləyirdi. Onlara bu istilərdə bol su içmələrini və yüngül paltar geyinin dedik”, - deyə bildirib. 

Qeyd edək ki, Pakistanda həftəsonu həddindən artıq istilər təsir etməyə başladığı üçün soyutma mərkəzləri və düşərgələr yaradılıb.

Nigar Hacılı 
"Cebhe.info"