Kütləvi məzar tapıldı: 55 cəsəd

55 immiqrantın cəsədi Liviyanın cənub-şərqində Kufra şəhərində aşkar edilmiş kütləvi məzardan çıxarılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Liviya İlk və Təcili Yardım Xidmətindən bildiriblər.
Qəbirdən çıxarılan cəsədlərin sayı 55-ə çatıb, qazıntı və axtarış işləri davam etdirilir.
Kütləvi məzarlardan cəsədi çıxarılan immiqrantlar barədə məlumat verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"