Maskın sərvəti 300 milyard dollardan aşağı düşüb - İLK DƏFƏ

Maskın sərvəti  300 milyard dollardan aşağı düşüb - İLK DƏFƏ

"Tesla"-nın baş direktoru İlon Maskın sərvəti tariflər səbəbindən noyabr ayından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb.

"Cebheinfo.az" xəbər verir ki,  "Tesla"-nın CEO-su İlon Mask-ın sərvəti Prezident Donald Trampın tariflərinin geniş iqtisadi təsirləri fonunda noyabr ayından bəri ilk dəfə olaraq 300 milyard dollardan aşağı düşüb.

"Bloomberg Milyarderlər İndeksi"nə görə, Mask "Tesla" səhmləri ucuzlaşmağa davam etdiyi üçün 4,4 milyard dollar itirib və onun ümumi sərvəti 297,8 milyard dollara çatıb. Bu, keçən həftənin cümə axşamı və cümə günü birlikdə 31 milyard dollar zərər çəkməsindən sonra baş verir. Maskın 2025-ci ilin əvvəlindən itkiləri 134,7 milyard dollara çatıb.

Mask "Bloomberg"-in dünyanın 500 ən zəngin insanı siyahısında bazar ertəsi ən çox itirən altıncı şəxs olub. Ümumilikdə indeks bir gündə 271 milyard dollar azalma yaşayıb. Bu, indeks tarixində üçüncü ən pis gün kimi qeydə alınıb.

Nigar
"Cebheinfo.az"