Məhkəmə İmran Xanı həbs edə bilmədi: Əvəzində…

Məhkəmə İmran Xanı həbs edə bilmədi: Əvəzində…

Pakistan məhkəməsi keçmiş baş nazir və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın həbsinə dair orderi ləğv edib. Onunla bağlı məhkəmə dinləməsi martın 30-na təyin olunub.

Cebhe.info Geo TV-yə istinadən xəbər verir ki, iclasın təxirə salınması qərarı məhkəmə binası qarşısında polis əməkdaşları ilə Xanın tərəfdarları arasında toqquşma fonunda verilib. Telekanalın məlumatına görə, fəallar binaya və hüquq-mühafizə orqanlarına daş atıblar, buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib. Bundan əlavə, etirazçılar binanın qarşısında on polis motosikletini yandırıblar və maşını aşırıblar.

Qarşıdurmalara görə mühakimə oluna bilməsə də, Xanın iclasda iştirak üçün gəlib. Keçmiş baş nazir məhkəmə kompleksinə beş saata yaxın gecikmə ilə çata bilsə də, baş verənlər ucbatından binanı tərk etməli olub.

Xatırladaq ki, sabiq baş nazir xarici dövlət başçılarından aldığı bahalı hədiyyələri satmaqda ittiham olunur.

Xəzər
Cebhe.info