Müharibədən qalan mina partladı: Ölənlər var

İran-İraq müharibəsindən qalan minanın partlaması nəticəsində iki iranlı sərhədçi patrul xidməti zamanı həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, İRNA-ya istinadən xəbər verir ki, Kürdüstan vilayətinin Sərhəd Qoşunlarının komandanı Ferec Rüstəmi məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, Kürdüstanın Bane sərhəd bölgəsində dünən gecə baş verən mina partlayışında iki sərhədçi həyatını itirib.
Rüstəmi sözügedən minaların İran-İraq müharibəsindən qaldığını və son günlər yağan güclü yağışlar səbəbilə yer dəyişdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"