Papanı Ağ Evə dəvət etdi

Papanı Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Papa XIV Levi Ağ Evə dəvət edib.

Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib.

Trampın ilk amerikalı Papaya dəvəti bazar günü, XIV Leonun taxta çıxma mərasimi zamanı vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb.

“Vitse-prezident Papaya prezidentdən və birinci xanımdan ən səmimi arzularını çatdıran və onu Ağ Evə dəvət edən məktub verdi”, - Levitt bildirib.

"Cebheinfo.az"