Bağdasaryan: "Paşinyan bayraqların yandırılmasını pisləyib"

Bağdasaryan: "Paşinyan bayraqların yandırılmasını pisləyib"

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu "təxribat" adlandırıb.

"Cebhinfo.az" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress"ə bildirib.

"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib.

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş məşəl yürüşü hər il 23 aprel tarixində qondarma “erməni soyqırımı” ildönümünün ərəfəsində “Daşnaksütyun” partiyası tərəfindən təşkil olunur. 

Səbinə Uğur
"Cebheinfo.az"