Rusiya daha bir döyüş təyyarəsini itirdi

Rusiya daha bir döyüş təyyarəsini itirdi

İlhaq edilmiş Krım yarımadasında Rusiyaya məxsus hərbi təyyarə dənizə düşüb.

Bu barədə Rusiyanın Sevastopola təyin etdiyi qubernator Mixail Razvozjayev teleqramda bildirib.

Onun sözlərinə görə, pilot kayapult etməyi bacarıb və sağ qalıb. 

Rusiyanın bir sıra qeyri-rəsmi teleqram kanalları təyyarənin "Su-35" qırıcısı olduğunu bildirib.

Məlumata görə, təyyarə Rusiyanın özünün hava hücumundan müdafiəsi tərəfindən vurulub. 

"Cebhe.info"