Rusiya və İran təşkilatlarına yeni sanksiya

Rusiya və İran təşkilatlarına yeni sanksiya

Rusiya və İrandakı təşkilatlara sanksiya tətbiq edib. 

“Cebheinfo.az” xəbər verir ki, Vaşqinton bu il ABŞ-də seçkilərə müdaxilə etmək iddiası ilə Rusiya və İrandakı bəzi təşkilatlara sanksiya tətbiq edib. 

ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd olunur ki, İslam İnqılabı Keşikçiləri Qvardiyasına ( SEPAH) bağlı olan Koqnitiv Dizayn İstehsalat Mərkəzi, eyni zamanda Rusiyada beynəlxalq qeyri-kommersiya fondu olan Geosiyasi Ekspertiza Mərkəzi sanksiya siyahısına daxil olunub. 

Bəyanatda deyilir ki, Rusiya və İrandakı təşkilatlar ABŞ-də ictimai-siyasi gərginlik yaratmağa və 2024-cü il ABŞ seçkilərinə müdaxilə etməyə cəhd göstərib. 

Rusiya və İrandakı təşkilatlara daha da sərt tədbirlərin görüləcəyi də bildirib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”