Şimali Koreya beynəlxalq marafon keçirdi

Şimali Koreya beynəlxalq marafon keçirdi

Sonuncu dəfə 2019-cu ildə Şimali Koreyada keçirilən Beynəlxalq Pxenyan Marafonu bu il də müxtəlif ölkələrin idmançılarının iştirakı ilə yenidən keçirilib.

"Cebheinfo.az" yazır ki, "Yonhap"-ın Şimali Koreyanın yerli mediasına əsaslanaraq verdiyi xəbərə görə, 6 illik fasilədən sonra ölkədə beynəlxalq marafon keçirilib.

Paytaxt Pxenyanda 31-ci dəfə keçirilən marafonda Çin, Rumıniya, Mərakeş, Efiopiya, Polşa kimi müxtəlif ölkələrdən idmançılar iştirak edib.

Xatırladaq ki, ölkənin qurucusu Kim İr Senin xatirəsini anmaq üçün təşkil ediləcəyi deyilən Beynəlxalq Pxenyan Marafonu 2020-ci ildə COVID-19 pandemiyasına görə dayandırılmışdı.

Nigar Hacılı
"Cebheinfo.az"