Sorosun fotosu ilə şantaj: "Onların çaldığı ilə oynamayaq”

Macarıstanın hakim “Fides” (Macarıstan Vətəndaş İttifaqı) Partiyası Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni ləkələyən reklam lövhələri nümayiş etdirib və onu ilk dəfə seçki kampaniyasında şəxsi hədəfinə çevirib.
Cebhe.info-nun məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Avropa Parlamenti seçki kampaniyasının başlanmasına həsr olunmuş reklam lövhələrində liberal maliyyəçi Corc Sorosun oğlu Aleks Sorosla yanaşı fon der Lyayenin də fotosu öz əksini tapıb.
“Gəlin, onların çaldığı ilə oynamayaq”,-deyə reklam şitində yazılıb.
Ursula fon der Lyayenin sələfi Jan-Klod Yunkerin ağsaqqal Sorosun yanında təsvir olunduğu oxşar reklam lövhələrinə 2019-cu ildə Brüsseldən irad bildirilmişdi. Avropa Xalq Partiyasının əsas sağ mərkəzçi qrupu Macarıstan partiyasını Avropa Parlamentindən çıxarmaqla hədələdikdən sonra “Fides” reklam lövhələrini yığışdırdı.
İki ildən sonra “Fides” Avropa Xalq Partiyasını tərk etdi. Baş nazir Viktor Orban noyabrın 18-də verdiyi açıqlamada Macarıstanın Brüsseldə inşa edilən hazırkı Avropa modelinə “yox” deməli olduğunu bəyan edib.
Dekabrın ortalarında keçiriləcək Aİ-nin növbəti sammitinin diqqət mərkəzində Macarıstan olacağı gözlənilir. Çünki Macarıstan Ukraynanın birliyə daxil olmaq yolunu təklif etmək planlarına daha çox şübhə ilə yanaşır və bu, sammitdə əsas müzakirə məsələsi olacaq.
Müşfiq Abdulla
Cebhe.info