Gürcüstan Moskvanı məlumatlandırdı: "Etirazlarda 15..."

Gürcüstan Moskvanı məlumatlandırdı: "Etirazlarda 15..."

Gürcüstan tərəfi Tbilisidəki etirazlarda 15 Rusiya vətəndaşının saxlanılması barədə Moskvanı məlumatlandırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, 10 dekabr tarixinə qədər onlardan 13-ü azad edilib, iki nəfər isə müvəqqəti saxlanma yerində inzibati həbsdədir.

"Onların azad olunma tarixi məhkəmənin qərarına uyğun – müvafiq olaraq 11 və 13 dekabrdır”, – deyə məlumatda bildirilir.

"Cebheinfo.az"