Tramp Çini əlavə 50 faiz tariflərlə hədələyir

ABŞ-Çin cəbhəsində vəziyyət sakitləşmir.
ABŞ prezidenti Donald Tramp Çinin 34 faizlik yeni tarifini geri götürməyəcəyi təqdirdə ona əlavə 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Çin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən mallara əlavə 34 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Tramp, Çinin 8 aprel 2025-ci ilə qədər 34 faizlik yeni gömrük vergisi qərarını geri götürməməsi halında ABŞ-ın aprelin 9-da Çinə 50 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyinin vurğulayıb.
Tramp həmçinin bəyan edib ki, vergi tətbiq olunmağa davam edərsə, vergilərlə bağlı danışıqlar aparılmayacaq.Qeyd edək ki, Çin cümə günü aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən mallara əlavə 34 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Nigar
"Cebheinfo.az"