Trampın sülh arzusu erməniləri həvəsləndirib

Trampın sülh arzusu erməniləri həvəsləndirib

“Sülh sazişi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifahın yeni erası açacaq.  ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”. 

“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs deyib. Ceykobsun bu fikirləri erməni mətbuatında geniş əks-səda doğurub.

“Bakıda keçirilən enerji forumunda çıxış edən Ceykobs bu sazişin bütün Cənubi Qafqaz üçün “təhlükəsizlik və rifahın yeni erası” açacağını vurğulayıb.
Xatırladaq ki, martın 13-də İrəvanla Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı danışıqların yekunlaşdığı məlum olub. Tərəflər qalan iki məqam üzrə kompromis əldə ediblər: üçüncü qüvvələrin sərhəd bölgələrindən çıxarılması və beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina”
,-deyə mətbuat yazır.

Xəzər
“Cebheinfo.az”