Ukrayna sammiti çağırıldı - TƏCİLİ

Ukrayna sammiti çağırıldı - TƏCİLİ

Martın 6-da Avropa İttifaqı (Aİ) Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammiti keçirəcək.

Bu məlumatı Avropa Şurasının prezidenti Antonio Kosta da təsdiqləyib.

“Mən martın 6-da xüsusi Avropa Şurasını çağırmaq qərarına gəldim. Biz Ukrayna və Avropanın təhlükəsizliyi üçün həlledici anı yaşayırıq”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

O, Avropa liderləri ilə məsləhətləşmələrində Aİ səviyyəsində bu çağırışların həllinə dair ümumi öhdəlikləri eşitdiyini yazıb: 

“Avropanın müdafiəsini gücləndirmək, qitədə sülhə və Ukraynanın uzunmüddətli təhlükəsizliyinə həlledici töhfə vermək ödəliyimiz var. Mən martın 6-da qərarlar qəbul etməyə hazır olmaq üçün Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bütün üzv dövlətlərlə birlikdə işləməyə davam edəcəyəm”, - deyə o əlavə edib.

Xəzər
“Cebheinfo.az”