Bu gündən təşviqat kampaniyası başlayır

Bu gündən təşviqat kampaniyası başlayır

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, bu gündən Prezident seçkilərində iştirak edən namizədlərin seçkiqabağı təşviqatın aparılması başlayır. 

Bununla bağlı “Cebhe.info" xəbər verir ki, bu gündən başlayan bu kampaniya fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev

- Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc

- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev

- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa

- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

- Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev

"Cebhe.info"