Bakıda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"