Hakim bu stadionda ölübmüş - Prokurorluq araşdırmaya başladı
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev futbol oynayarkən vəfat edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 18 radələrində AMEA-nin yerləşdiyi binanın həyətində "AZFAR Group"a məxsus stadionların birində baş verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"