Masazır-Novxanı yolunda qəza baş verib, üç nəfər xəsarət alıb

Masazır-Novxanı yolunda qəza baş verib, üç nəfər xəsarət alıb

Abşeron rayonu, Masazır-Novxanı yolunda qəza baş verib.

APA xəbər verir ki, hadisə duz gölünün kənarında qeydə alınıb.

"VAZ 099" markalı maşınla "KIA" markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

"Cebhe.info"