Novxanıda yol qəzası olub

Novxanıda yol qəzası olub

Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “VAZ-2106” və yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya aparılıb.

Fakt araşdırılır.

"Cebhe.info"