Azərbaycan yığması UEFA İnkişaf Turnirində iştirak edəcək

Azərbaycan yığması UEFA İnkişaf Turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisinin aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

"Cebheinfo.az" xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Oyunların təqvimi:

14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu

16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

"Cebheinfo.az"