"Milan" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb

"Milan" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Milan" klubu yarımmüdafiəçi Kristian Pulişiçlə müqavilənin müddətini uzadıb.

Bu barədə insayder Fabritsio Romano bildirib.

26 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilə kimi nəzərdə tutulub. Həmçinin onun maaşı da artırılacaq.

Futbolçu bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 38 oyunda, 15 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Onunla klub arasında hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serxio Konseysaonun baş məşqçisi olduğu komanda hazırda İtaliya A Seriyasında 29 turdan sonra 47 xalla yeddinci yerdədir.

“Cebheinfo.az”