Bitkoin 100 min dollara yaxınlaşır

Bitkoin kəskin şəkildə yüksələrək həftənin əvvəlinə nisbətən itkiləri geri qaytardı.
"Cebheinfo.az" xəbər verir ki, bitkoin yenidən 100 min dollara yaxınlaşaraq fevralın sonundan bəri ən yüksək səviyyəyə çatır.
Donald Trumpın tarif siyasəti həm kapital, həm də rəqəmsal aktiv bazarlarında kəskin enişlərə səbəb olduğu üçün bitkoin son həftələrdə aşağı təzyiq altındadır.
Yanvarın 20-də Trampın ikinci dəfə ABŞ Prezidenti kimi inauqurasiyası zamanı bitkoin 109 min dollar civarında rekord həddə çatdıqdan sonra dəyərinin 30 faizini itirmişdi.
Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoin 3,1 faiz artaraq 97 483 dollara qalxmaqla fevralın 21-dən bəri ən yüksək səviyyəyə çatıb.
Bitkoin sonuncu dəfə fevralın 7-də 100 min dollara alınıb. Bir çox kiçik kripto aktivlər cümə axşamı günü daha da yüksəlib. Belə ki, “Dogecoin” 4,8 faiz, “Ethereum” isə 3,3 faiz artıb.
Nigar
"Cebheinfo.az"