Əli Məsimli: “Mərkəzlərdə tikilən evlərin qiyməti fantastikdir”

Əli Məsimli: “Mərkəzlərdə tikilən evlərin qiyməti fantastikdir”

“Mərkəzlərdə tikilən evlərin hər kvadrat metrinin qiyməti fantastik rəqəmlərdir”.  

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.

Millət vəkili qəzalı vəziyyətdə olan evlərin söküntüsünə və yeni evlərin tikintisinə başlanacağnı xatırladıb:

“Təbii ki, burada dövlət vəsaitlərindən istifadə olunacaq. Bu vəsaitlərin istifadə olunmasında növbəti dəfə də çatışmazlıqlar, büdcədən vəsaitlərin istifadəsi zamanı qənaətli istifadə olunmaması, rəqəmlərin şişirdilməməsi üçün hansı işlər görüləcək?”

Ə.Məsimlinin sözlərinə görə, tikilən evlərin kvadrat metrinin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun deyil:

“Burada xeyli səviyyədə məlum olan faktlar da var ki, iş adamlarından alınan vəsaitlər axırda gətirilib hər kvadratın üzərinə gəlir. Bu da xeyli dərəcədə Azərbaycanda ciddi xarakter daşıyan mənzil təminatının əlçatanlığına maneə yaradır”.

"Cebheinfo.az"