Qaz istehlakı 2 %-ə yaxın artıb

Qaz istehlakı 2 %-ə yaxın artıb

2024-cü ildə Azərbaycanda təbii qazın istehlakı 13 milyard 666 milyon 353 min 138 kubmetr təşkil edib.

Bu barədə "Cebheinfo.az" SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu da daha əvvəlki 2023-cü ilin göstəricisi ilə müqayisədə 226 milyon 652 min 169 kubmetr və ya 1,7 % çoxdur.

Xatırladaq ki, 2023-ci ildə isə ölkədə ümumilikdə 13 milyard 439 milyon 700 min 969 kubmetr təbii qaz istehlak olunub.

"Cebheinfo.az"