Məşhur cütlük Türkiyəyə qayıtdı - SƏBƏB

Məşhur cütlük Türkiyəyə qayıtdı - SƏBƏB

Türkiyəli məşhur cütlük Halit Ergenç və Bergüzar Korel İngiltərədən Türkiyəyə qayıdıblar.

“Cebhe.info” xəbər verir ki, sevilən ulduzların yeni seriallara çəkilmək üçün İstanbula qayıtdıqları bildirilir.

Belə ki, Bergüzar Korel “Kanal D”nin “Annem, Ankara” adlı yeni serialının baş rolunu oynamaq üçün ilkin razılıq verib. Son anda bir dəyişiklik olmasa, gözəl aktrisa yeni mövsümdə sözügedən ekran işi ilə tamaşaçıların qarşısına çıxacaq.

Halit Ergençin isə yeni mövsümdə “Star” telekanalında yayım həyatına başlayacaq “Kral Kaybederse” serialının baş rolunu ifa edəcəyi gözlənilir. Onun layihə ilə bağlı son qərarını vermək üçün ssenarinin tamamlanmasını gözlədiyi bildirilir.

Elmir Mustafa
“Cebhe.info”