Ailəsi Maykl Ceksonu belə xatırladı

Ailəsi Maykl Ceksonu belə xatırladı

Əfsanəvi Maykl Ceksonun ailə üzvləri, o cümlədən qardaşları və oğlu Prins, pop kralının ölümünün 15-ci ildönümündə onu xatırlayıblar.

“Cebhe.info” xəbər verir ki, M.Cekson 25 iyun 2009-cu ildə 50 yaşında vəfat edib. 

27 yaşlı oğlu Prins 1993-cü ildə “Super Bowl”-da uşaqları ilə çıxış edərkən atasının gülümsəyən şəklini instaqramda paylaşıb. Atasını itirəndə cəmi 12 yaşı olan Prins "Ata, sənin üçün darıxıram. Dünya səninlə daha yaxşı bir yerdir",-yazıb.

Ceksonun böyük qardaşı Ceki də karyerasının ilk günlərində kiçik qardaşı ilə birlikdə oxuyarkən çəkilmiş şəklini “Instagram”da paylaşıb. “15 il sənsiz keçdiyinə inanmaq çətindir. Hər gün sənin üçün darıxırıq”, - Ceki paylaşımının altında yazıb.

Xəzər
“Cebhe.info”