Nazir: "Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir"

Nazir: "Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir"

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 2023-cü ildə 9 yüz milyon dolları ötüb, bu əvvəlki illə müqayisədə 15% çoxdur.

Bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

O, Azərbaycan şirkəti olan SOCAR-ın Gürcüstanın ən böyük vergi ödəyiciləri sırasında olduğunu vurğulayıb.

“Azərbaycan uzun illərdir Gürcüstan üçün etibarlı enerji mənbəyidir. Azərbaycan Gürcüstan üzərindən dünya bazarlarına çıxış əldə edir. Bu layihələr nəinki regionun, dünyanın enerji xəritəsinə önəmli töhfə verib”.

Nazir Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğunu qeyd edib.

"Cebhe.info"