Ömər Çelikdən Qərb mediasına sərt təpki

Ömər Çelikdən Qərb mediasına sərt təpki

“Qərbdəki bəzi media qurumları sistemli şəkildə Prezidentimizi hədəf alırlar. Türkiyədəki seçkilərdə birbaşa tərəfkeşlik edirlər”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib.

O, sosial media hesabından etdiyi paylaşımda son günlərdə Türkiyə əleyhində məqalələr yayımlayan xarici media qurumlarını sərt təndiq edib:

“Onlar, Prezidentimizin xarici siyasətdə müstəqil siyasət yürütməsinindən ciddi şəkildə narahat olduqlarını açıq şəkildə göstərirlər. Bunların etdiyi media fəaliyyəti deyil, açıq-aşkar təbliğat aparmaqdır. Təlimat almayan Türkiyə onlar üçün kabus deməkdir. Çirkin və qeyri-ciddi yanaşmalarla Türkiyədəki prosesləri idarə edə biləcəklərini düşünürlər. Rəcəb Tayyib Ərdoağan xarici siyasətində sülh istiqamətində olan xətti bunları narahat etməyə davam edəcək. Millətimizin yüksək siyasi şüurla verəcəyi qərarlar həm də xarici qüvvələrin cəhdlərinə tarixin ən böyük dərsini verəcək”.

Elmir Mustafa
Cebhe.info