Erməni yalanları: Qazdoldurma məntəqəsində növbə gözləyir, odun olmayan sobada “qızınırlar” - FOTOLAR 

Erməni yalanları: Qazdoldurma məntəqəsində növbə gözləyir, odun olmayan sobada “qızınırlar” - FOTOLAR 

Xəbər verdiyimiz kimi, dekabrın 12-də azərbaycanlı ekoaktivistlər, QHT nümayəndələri və könüllü gənclərin təşəbbüsü ilə Laçın yolu üzərində aksiya başladılıb.

Xankəndi-Laçın yolunda bügünədək davam edən dinc ekoaksiya Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazdır. Aksiya başladılan gündən etibarən ermənilərin yalanları yenə işə düşüb. Sosial şəbəkələr yenə provakasiya xarakterli paylaşımlarla dolub- daşır. Özlərini məzlum kimi göstərənlər ərazidə gah qaz olmamasını bəhanə edir, gah da başqa yalanlara əl atırlar. Məqsəd əlbəttə ki, çaşğınlıq yaratmaqdır. Ermənilərin sosial şəbəkələrdə yayılan fotoları isə həqiqəti göstərən sübutlardır.

Fotolardan biri Xankəndi şəhərində qazdoldurma məntəqəsində çəkilib. Fotoda ermənilərin "Xankəndində qaz yoxdur" deməsinin əksini görürük. Belə ki, qazdoldurma məntəqəsinin qarşısı maşınla doludur. Yəni "qazımız yoxdur" deyən ermənilərin qaz üçün növbəsidir.

Digər fotoda Rima adlı 85 yaşlı erməninin odun sobasının kənarında qızındığı görünür. Qadın Xocalıda, Daşbulaqda yaşayır. Rima müsahibə verərək deyib: “Mən artıq bu yolda olmuşam, amma uşaqlarımın və nəvələrimin bu yolu keçməsini istəmirəm”. Qoca erməninin sözündən də aydın olur ki, həmin ərazidə əvvəllər də istiliklə bağlı problem olub.

Daha bir fotoda gənc erməni qadın müəllim başına şagirdlərini yığıb içərisində odun olmayan sobaya əl uzadıb və guya qızınırlar.

Aylin
Cebhe.info