Tıxacla bağlı ictimai dinləmə keçirilə bilər

Tıxacla bağlı ictimai dinləmə keçirilə bilər

Milli Məclisdə paytaxtda müşahidə olunan tıxac problemi qaldırılıb.

Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Fatma Yıldırım çıxış edib.

“Bu gün paytaxtda tıxac problemli vəziyyət yaradıb. Tıxac əslində ekologiyamıza, iqtisadiyyatımıza da zərbə vurur. Lazımdırsa, bununla bağlı ictimai dinləmə keçirilə bilər. Qurumlarla birgə işləyərək problemin həlli üçün çalışmalıyıq”,- deyə deputat təklif irəli sürüb.

Cebhe.info