Yeni Yasamalda istilik kəsilib - RƏSMİ

Yeni Yasamalda istilik kəsilib - RƏSMİ

Son günlər havaların kəskin soyuması evlərdə istiliyə olan tələbatı daha da artırıb. 

Ancaq paytaxtın bəzi ərazilərində dünəndən etibarən istiliyin verilməsi tamamilə dayanıb. Belə ki, Yeni Yasamal 2-ci yaşayış massivi, 6-7 saylı binalarda istilik sistemi dünəndən etibarən fəaliyyət göstərmir. Nəticədə həmin binaların əhalisi artıq iki gündür ki, istiliksiz qalıb. 

Həmin ərazidə istilik sisteminin dayanmasına səbəb nədir və problem həllini nə vaxt tapacaq? Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Cebheinfo.az”- a prolemi təsdiqləyib:

“Bəli, həmin ərazidə xəttə axıntı var. Hazırda təmir işləri gedir”. 

Nigar 
“Cebheinfo.az”