Bayram şirniyyatını bir gündə yeməyin: Əvəzində...

Bayram şirniyyatını bir gündə yeməyin: Əvəzində...

 “Bayramda bütün şirniyyatları bir gündə yemək əvəzinə, onları bir neçə günə bölmək daha məqsədəuyğundur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlı yayım zamanı deyib.

Həkim qeyd edib ki, məsələn, hər gün yalnız bir növ şirniyyat seçərək yeyə bilərsiniz:

“Bu üsulla bayramı həm daha rahat, həm də daha sağlam keçirmək mümkündür. Bu cür sadə yanaşma sayəsində bayramdan sonra artıq çəki və mədə-bağırsaq problemləri ilə qarşılaşmadan gündəlik həyat tərzinə qayıtmaq daha asan olur.

Bununla yanaşı, yalnız düzgün qidalanma kifayət deyil, yuxu rejimi də eyni dərəcədə vacibdir. Hətta ən sağlam həyat tərzinə sahib olsanız belə, kifayət qədər yatmırsınızsa, bunun faydası azalır. Bayram günlərində hər gecə ən azı 8 saat yuxu almağa diqqət etmək tövsiyə olunur” .

Gülər
“Cebheinfo.az”